Şrift:
Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi
01.12.2017 [11:29] - Mədəniyyət
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi" tədbiri keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova Emin Sabitoğlunun həyat və yaradıcılığı haqqında danışıb.

Tədbirdə Azərbaycan teatrşünası, tənqidçi, professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, musiqişünas alim, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi haqqında iştirakçılara məlumat veriblər.

Xalq artistləri Amaliya Pənahova, Yalçın Rzazadə, Hacı İsmayılov, bəstəkarın həyat yoldaşı, müğənni Xədicə Abbasova Emin Sabitoğlu haqqında xatirələrini tamaşaçılarla bölüşüblər. Şair-publisist Fəxrəddin Meydanlı bəstəkara həsr etdiyi şeirini ifa edib.

Tədbirdə Azərbaycan Dövlət Musiqili teatrının aktyorları, Əməkdar artistlər Səidə Şərifəliyeva, Almaz Ələsgərova, Svetlana Bulax, artistlər Telnaz Hüseynova, Nadejda Paveliçina, musiqiçilər Arzu Ələsgərli, Emin Həsənov, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hüseyn Bakılı, tələbələr Valeriya Hüseynzadə, Məlik Məmmədov, konsertmeysterlər Zəhra Babanlı, Amin Novruzov və Akif İsgəndərlinin ifalarında Emin Sabitoğlunun kinofilmlərə və teatr tamaşalarna yazdığı musiqilərdən ibarət konsert proqramı təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed