Şrift:
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”ni məğlub edib
02.12.2017 [10:43] - Gündəm, İdman
“Qarabağ” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Ağdam təmsilçisi XIV turun açılış oyununda “Neftçi”ni məğlub edib.
Matçda vurulan yeganə qola 25-ci dəqiqədə Maksim Medvedev imza atıb. Bu qalibiyyətdən sonra xalını 34-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirib. “Neftçi” isə 16 xalla 5-ci sıradadır.
Qeyd edək ki, XIV tura həftəsonu keçiriləcək 3 oyunla yekun vurulacaq. Dekabrın 2-də “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Ertəsi gün isə "Qəbələ” - "Keşlə” və "Səbail” - "Zirə” matçları baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed