Şrift:
Azərbaycanlı rəssamların əsərləri Kannda nümayiş olunur
02.12.2017 [11:12] - Gündəm, Mədəniyyət
Azərbaycanlı rəssamların əsərləri Fransanın Kann şəhərində 2-ci “Art Shopping-Cote d’Azur” beynəlxalq müasir incəsənət salonunda sərgilənir.
Rəssamlarımızın əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə fərqlənib və ziyarətçiləri heyran edib.

Əsmər Nərimanbəyovanın sərgidə təşkil edilən stendində onun əsərləri ilə bərabər Esmira Güləhmədova, Cəmalə Rəhmanlı, Fidan Zaman, Aysel Bədəlova və Səriyyə Əhmədovanın əsərləri də nümayiş olunur. Sərgilənən əsərlər mövzularının çalarlığına görə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq Rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar Rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış Əsmər Nərimanbəyova rənglər dünyasında böyüyüb və ailədəki yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Əməkdar Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed