Şrift:
Türkiyədə Güney Azərbaycanla bağlı yapon dilində məqalə nəşr olunub
04.12.2017 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyədə yapon dilində Güney Azərbaycan mövzusuna həsr olunmuş məqalə nəşr olunub.

Qafqaz Strateji Araşdırmalar Mərkəzində (QAFQAZSAM) nəşr olunan məqalə güney azərbaycanlı araşdırmaçı Dr. Kərim Əsğəri və yapon araşdırmaçı Dr. Kissoke Vakizaka tərəfindən qələmə alınıb.

Məqalədə Güney Azərbaycan coğrafiyası, Azərbaycan Milli Hərəkatının mahiyyəti, Azərbaycan türklərinin milli kimliyi və İran rejiminin Azərbaycan türk millətinin milli hüquqlarına münasibəti barədə bəhs olunur.

Qeyd edək ki, azərbaycanlı fəallar dünyanın müxtəlif dillərində yazılan yazıları, Güney Azərbaycan məsələsinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi nöqteyi-nəzərindən yüksək qiymətləndirir, ona xüsusi əhəmiyyət verirlər.

Yazının Linki:
http://kafkassam.com/%E5%8D%97%E3%82%A2%E3%82%BC%E3%83%AB%E3%83%90%E3%82%A4%E3%82%B8%E3%83%A3%E3%83%B3%E3%82%92%E7%9F%A5%E3%82%8D%E3%81%86-%E8%91%97%E8%80%85%EF%BC%9A%E8%84%87%E5%9D%82%E6%81%B5%E4%BB%8B%E3%80%81%E3%82%B1.html
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed