Şrift:
MN: Əfqanıstandakı sülhməramlıların sayı artırılacaq
04.12.2017 [13:09] - Gündəm, Hərb
Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.

Bildirilib ki, verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir: "Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır".
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed