Şrift:
Şərqi Azərbaycan: Binabda tanınmış axund yaşlı bir kişini əhalinin gözü qarşısında döyüb – VİDEO
05.12.2017 [14:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın Binab (Bin ev) şəhərində yaşlı bir kişi tanınmış axundun hücumuna məruz qalaraq vəhşicəsinə döyülüb.

Hadisə Binabın Rasta bazarında (Uzun barzar) baş verib.

Məlumata görə, yaşlı bir kişi bahalıqla bağlı mollalara qarşı şeirə oxşar cümlələr dilə gətirirdiyinə görə, bazarda dini kitablar satan axund Əhməd Mehdiniyanın qəzəbinə tuş gəlib. Axund yaşlı kişiyə hücum edərək onu təhqirə məruz qoyub və vəhşicəsinə döyüb. Ətrafdakılar isə yaşlı kişinin yaddaşını itirdiyini, küçələrdə davamlı olaraq şeirlər səsləndirdiyini deyiblər. Buna baxmayaraq axund kişini döyməyə davam edib və ətrafdakı insanlara “siz müsəlman deyilsiniz? Qeyrətiniz yoxdur?... Buraxın ölsün...!”- deyə qışqırıb.

Videoda göründüyü kimi ətrafdakı insanlar yaşlı kişini axundun əlindən almağa çalışır, onlar axundun çağırışlarına cavab vermir.

İranda rejimin ideologiyasını müdafiə edən dəstələr vaxtaşırı qanunsuz şəkildə belə kobud davranışlara yol verirlər. Onların bu kimi rəftarları dəfələrlə ictimaiyyətin kəskin etirazına səbəb olub, lakin proses hələ də olduğu kimi davam edir.

Video:

Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed