Şrift:
Azərbaycan məhsulları “Avropa Bazarı”nda təqdim edilib
06.12.2017 [10:13] - Gündəm, İqtisadiyyat
Qahirədə Misir Xarici İşlər Nazirliyinin himayəsi altında bu ölkədə fəaliyyət göstərən Avropa ölkələrinin səfirlikləri, ticarət nümayəndəlikləri və şirkətlərinin iştirakı ilə ənənəvi “Avropa Bazarı” satış-yarmarkası təşkil olunub.

Qahirənin “Conrad” mehmanxanasında keçirilən “Avropa Bazarı” satış-yarmarkasında iştirak edən Azərbaycanın bu ölkədəki səfirliyinin stendi tədbir iştirakçılarının və buraya gələn misirlilərin xüsusi diqqət və rəğbətini qazanıb. “Made in Azerbaijan” brendi ilə təqdim olunan əl işi xalça və milli hədiyyələrimiz, ipək şallar və kələğayılar, Novruz süfrəmizin ayrılmaz parçası olan şəkərbura və paxlavalarımız, Azərbaycan istehsalı meyvə şirələri və mürəbbələrimiz, quru meyvələrimiz satış-yarmarkada iştirak edən avropalıların və misirlilərin böyük marağına səbəb olub.

“Made in Azerbaijan” brendi altında təqdim olunan hədiyyəlik əşya və qida məhsulları Misirin aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində idi. Satış-yarmarkasında dəvət olunan fəxri qonaqlara da məhz “Made in Azerbaijan” stendində nümayiş olunan məmulatlar hədiyyə edilib.
Bu xəbər oxucular tərəfindən 383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed