Şrift:
““Təbriz 2018”ın açılış mərasiminə bütün ölkələrin rəhbərliyi dəvət olunmalıdır” – Məcid Xudabəxş
06.12.2017 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan valisi Məcid Xudabəxş “Təbriz 2018” layihəsinin açılış mərasiminə xarici qonaqların dəvəti haqda öz fikirlərini bildirib.

O bu barədə “Təbriz 2018” layihəsi ilə bağlı təşkil olunan Şuranın keçirdiyi iclasda danışıb.

“Açılış mərasimi üçün təkcə islam ölkələrinin rəhbərlər ilə kifayətlənmək doğru deyil. Biz bütün ölkələrin rəhbər şəxsləri, həmçinin beynəlxalq qurumların nümayəndələrini bu tədbirə dəvət etməliyik”- deyə o bildirib.

Vali əlavə edib ki, “Novruz bayramı ilə bağlı təşkil olunacaq mərasimlər “Təbriz 2018”in açılışı mərasimi ilə eyni vaxtda keçirilərsə, bu, beynəlxalq mərasimin daha da möhtəşəm keçirilməsinə yardımçı olacaq. Şübhəsiz ki, bu istiqamətdə görüləcək tədbirlər Təbriz və ölkənin adət-ənənələrinə söykənməlidir və belə də olacaq”

“Təbrizdə beynəlxalq mərasimlər və konfransların keçirilməsi mövzusu olduqca önəmli məsələdir. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır”- deyə M.Xudabəxş sözlərinin davamında vurğulayıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhər 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcək. Lakin yerli məsulların da təsdiq etdiyi kimi, bu şəhər xarici turistləri adına layiq şəkildə qəbul etmək imkanına malik deyil. Buna səbəb “Təbriz 2018” layihəsi ilə bağlı İran rejiminin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed