Şrift:
Cənubi Koreya rus idmançıları Olimpiya oyunlarında neytral statusda çıxış etməyə çağırıb
07.12.2017 [10:10] - Gündəm, İdman
Çənubi Koreyanın mədəniyyət, idman və turizm nazirliyi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarından sonra rus idmançıları 2018-ci il Olimpiya oyunlarında neytral statusda çıxış etməyə çağırıb.

Bu barədə "Yonhap" agentliyi xəbər verir.

Nazirlik qeyd edib ki, BOK-in qərarı ilə bağlı təəsüflənir, eyni zamanda "qış Olimpiadasının Rusiya və Koreya arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün yaxşı imkan olacağını gözləyir".

"Biz bütün dünyadan, rus idmançıları daxil olmaqla, qış idman növləri ilə məşğul olan idmançıları (red. - oyunlarda) aktiv iştiraka çağırırıq", deyə nazirlik bildirib.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed