Şrift:
Mərkəzi Bankın qısamüddətli notları üzrə hərrac keçirilib
07.12.2017 [10:18] - Gündəm, İqtisadiyyat
Dekabrın 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 250 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildiriblər ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.1900 AZN və 99.2004 AZN olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 464 831 400,00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.2004 AZN müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000,00 AZN təşkil edib.

Notlar gələn il yanvarın 4-də ödəniləcək.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed