Şrift:
Azərbaycanlı fəal Murtaza Nəbizadə vəfat edib
07.12.2017 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçirdiyi ağır yol qəzası nəticəsində komaya düşən azərbaycanlı milli-mədəni fəal Murtaza Nəbizadə müalicə aldığı xəstəxanada vəfat edib.

Aldığı xəsarətlərdən aylardır komada olan gənc dekabrın 6-i sübh vaxtı dünyasını dəyişib.

Murtaza Nəbizadə cümə axşamı günü Təbrizdə dəfn olunacaq.

Mərhum Nəbizadə milli zəmindəki fəaliyyətindən əlavə həm də Azərbaycanın milli rəqsi müəllimi idi, o bu sahədə uğurlu addımlar atmışdır.

Güney Azərbaycan Televiziyası bu itkini mərhumun ailəsi və yaxınları, eləcə də azərbaycanlı fəallara dərin hüznlə başsağlığı verir.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed