Şrift:
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətində intensiv atışmalar olub
11.06.2012 [10:26] - Gündəm, Hərb
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Ordusunun bölmələri iyunun 10-u saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və atışmalar intensiv xarakter daşıyıb.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed