Şrift:
Naxçıvan şəhərinə ilk qar yağıb
07.12.2017 [11:40] - Gündəm, Bildiriş
Dekabrın 7-də gecə saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.

Qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz rayonunun dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, ötən il muxtar respublikanın ərazisinə ilk qar oktyabrın 26-da yağıb.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed