Şrift:
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
07.12.2017 [12:24] - Gündəm, Mədəniyyət
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclas Əlyazmalar İnstitunun 2017-ci il ərzində fəaliyyəti haqqında yekun hesabatın dinlənilməsinə həsr olunub.

Öncə elmi müəssisənin bir qurup əməkdaşı – t. ü.e.d. Tahirə Həsənzadə, t.ü.f.d. Samirə Cavadova və fil.ü.e.d. Nəsib Göyüşova yubileyləri münasibəti ilə Əlyazmalar İnstitutun Fəxri Fərmanı və hədiyyələr təqdim edilib.

Sonra tədbiri giriş sözü ilə institutun elmi işlər ürə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq, 2017-ci ilin Əlyazmalar İnstitutu üçün əlamətdar və məhsuldar olduğunu bildirib. Azərbaycan Respublikası Prezidentinin qərar və sərəncamlarından irəli gələn vəzifələrin insititutda müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd edib.

Çıxışında insititun beynəlxalq münasibətlərindən bəhs edən direktor müavini bir il ərzində əlaqələrinin miqyasının daha da genişləndiyini, bir sıra ölkələrin nüfuzlu elmi təşkilatları ilə müqavilələr imzalandığını vurğulayıb. A.Kəngərli institutun bir neçə əməkdaşının fəlsəfə və elmlər doktoru elmi dərəcəsi aldığını da diqqətə çatdırıb.

İclasda insititutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov Əlyazmalar İnstitutunda 2017-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. P.Kərimov hesabat ilində institutda Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2017-ci il tarixli “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 12 yanar 2017-ci il tarixdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”, 24 yanvar 2017-ci il tarixdə “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamlarına uyğun olaraq həyata keçirilən tədbirlərdən danışıb. Ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq Əlyazmalar İnsititunda “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı biblioqrafik göstəricinin hazırlanması işinin davam etdiyini qeyd edib.

Direktor müavini Dövlət Proqramlarının icrası ilə əlaqədar insititutun şöbə və labaratoriyalarında yerinə yetirilən işlər barədə məlumat verib.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb. İnsititutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov, şöbə müdiri fil.ü.e.d. Azadə Musabəyli və akademik Möhsün Nağısoylu hesabatla bağlı çıxış edib. İclasın qərarıyla hesabat qənaətbəxş qəbul edilib.


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 4971968
ibrahimquliyev27@gmail.com
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed