Şrift:
Xırdalanda yaşayış binasında baş vermiş yanğınla əlaqədar 36 nəfər təxliyə edilib
07.12.2017 [14:22] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonunun Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, Xırdalanda çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqillərinin 45 paqonometrlik hissəsi, 64 işıq və 8 su sayğacı yanıb.

Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın zamanı doqquz nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed