Şrift:
İndoneziya Azərbaycana iqtisadi təkliflər verməyi planlaşdırır
11.06.2012 [10:31] - Xəbərlər, İqtisadiyyat
İndoneziyanın İqtisadi Məsələlər üzrə Ələqələndirici Naziri Hatta Racasa yaxın zamanlarda Azərbaycana konkret təkliflər ilə səfər edəcək.
Azərbaycanın İndoneziyadakı səfirliyindən verilən məlumata görə, bu barədə nazir səfir Tamerlan Qarayev ilə görüşündə deyib.
Qarayev Azərbaycan-İndoneziya siyasi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iki dövlət arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının təkminləşdirilməsi və digər məsələlər üzrə ciddi işlərin aparılmasının çox vacib olduğunu bildirib.
Azərbaycan tərəfinin İndoneziya ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsində maraqlı olduğu qeyd edib.
Azərbaycan Dövlət Neft Şirkətinin və İndoneziya Dövlət Neft Şirkəti "Pertamina"-nın əməkdaşlığının mümkünlüyünü xüsusən qeyd edib.
Racasa da öz növbəsində ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşu layihələrinin həyata keçirilməsinə böyük maraq ilə yanaşıb.
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed