Şrift:
Dekabrın 11-dək hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
08.12.2017 [13:33] - Gündəm, Bildiriş
Azərbaycanda dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, rütubət gecə 75-85 , gündüz 50-55 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 1-6°, gündüz 2-7° isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed