Şrift:
Naxçıvan elektrik enerjisi ixrac edən diyara çevrilmişdir
11.06.2012 [10:48] - Köşə yazarları, İqtisadiyyat
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, ümumi gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası tikilmiş, ümumi gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası isə yenidən qurulmuşdur.
Hazırda Şərur rayonunda Arpaçay, Ordubad rayonunda isə Ordubad Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika elektrik enerjisi idxal edən regiondan ixrac edən diyara çevrilmişdir.
Bu xəbər oxucular tərəfindən 1314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed