Şrift:
Gələn həftə “Traxtur” takımının baş məşqçisi təqdim olunacaq
11.06.2012 [10:56] - Güney Azərbaycan xəbərləri, İdman
Gələn həftənin bazar günü (yekşənbə günü) “Traxtur” futbol takımının tərəfdarlarının iştirakı ilə şənlik mərasimi keçiriləcək.



“Traxtur”un Asiya Çempionlar liqası (Asiya Qəhrəmanlar Liqası) müsabiqələrinə yol tapması münasibəti ilə keçirilən mərasimdə, takımın (tim) gələcək baş məşqçisinin (sər murəbbi) adı da açıqlanacaq.



Mərasimdə “Traxtur” klubunun gələcək proqramları ilə bağlı da məlumat veriləcək.



Klubun iki yeni mahnısının (srud) səsləndirilməsi, mərasimin digər proqramlarındandır.



Qeyd edək ki, bu günə qədər “Traxtur” takımına seçiləcək olan baş məşqçisi ilə bağlı müxtəlif şayiələr və xəbərlər yayılıb. Nəhayət ki, yaxın gələcəkdə bütün bu şayiələrə son qoyulacaq.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed