Şrift:
İranla danışıqlar uğursuzluqla sona çatıb
11.06.2012 [11:06] - Güney Azərbaycan xəbərləri
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) açıqlamasında belə deyilib.BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Nüvə Proqramına Nəzarət Təşkilatından İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan müzakirələrdə heç bir nəticə əldə olunmadığı açıqlanıb.Xəbərlərdə İran rəsmisi Əli Əsgər Sultaniyyənin ölkəsinin nüvə məsələsi ilə bağlı BAEA nümayəndəsi Herman Nakerts ilə müzakirələrin aparılması üçün Vyanaya gəldiyi, ancaq 8 saat davam edən danışıqların nəticəsiz başa çatdığı bildirilib.Görüşdən sonra tərəflərin konstruktiv (yararlı) danışıqlar üçün yenidən görüşünün nəzərdə tutulduğu, ancaq müzakirələrin növbəti raundunun tarixinə dair məlumat verilmədiyi xəbərlərdə öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed