Şrift:
ABŞ nümayəndəsi: “İran öhdəliklərinə əməl etmək istəmir”
11.06.2012 [11:33] - Güney Azərbaycan xəbərləri
“İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında keçirilən Vyana görüşündə heç bir nəticə əldə olunmadı”. bunu ABŞ-ın beynəlxalq agentlikdəki nümayəndəsi Robert Vud deyib. O bildirib ki, İran hələ də öz vəzifələrini yerinə yetirmir: “Biz İranla aparılan müzakirələrdə irəliləyişin əldə edilməməsindən məyusuq. Danışıqların nəticəsiz başa çatması göstərir ki, Tehran öz öhdəliklərinə əməl etmək istəmir. Beynəlxalq aləmi narahat edən İranın nüvə proqramının həlli üçün Tehranın beynəlxalq agentliklə əməkdaşlığı zəruridir”.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed