Şrift:
Güney azərbaycanlı fəal Mehdi Üsuli istintaqa çağırılıb
11.06.2012 [12:36] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal Mehdi Üsuli Xiyavi, sorğu-suala tutulmaq üçün Ərdəbil məhkəməsinin istintaq (bazporsi) şöbəsinə çağırılıb. Üsuli iyunun 11-i (xordadın 22-i), yerli vaxtla saat 10:00-da 5-ci şöbədə olmalıdır.Bu çağırış azərbaycanlı fəalın 2011-ci il senyabrın 12-i (1390-cı il şəhrivərin 21-i), Ərdəbildə Urmu Gölü ilə bağlı keçirilən etiraz yürüşündə tutulması ilə bağlıdır. Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Ərdəbil universitetində tibb üzrə təhsil alır. O, 2011-ci il senyabrın 12-də (1390-cı il şəhrivərin 21-də) urmu gölü ilə bağlı keçirilən etiraz yürüşü zamanı tutuqlanıb və 2 həftə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed