Şrift:
Öyrənci fəallar müvəqqəti azadlığa buraxılıb
11.06.2012 [12:39] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı öyrənci fəallar Bəhram və Behnam Cəfəri qardaşları, mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıblar.Bəhram və Behnam Cəfəri mayın 21-i (xordadın 1-i) Təbrizdə keçirilən etiraz yürüşləri zamanı tutulmuşdular. Onlar sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyin əleyhinə fəaliyyət etməkdə günahlandırılıblar.Son məlumata görə, iyunun 9-da (xordadın 20-də) öyrənci fəalların hər biri 30 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılıblar.Qeyd edək ki, onlar, saxlanıldıqları müdətdə təhqir edilib və işgəncə olunublar.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed