Şrift:
ABŞ Türkiyənin Rusiyadan “S-400” alacağından narahatdır
13.12.2017 [10:46] - Hərb
“ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyinin mümkünlüyündən narahatdır. Bu türklərlə apardığımız danışıqların bir hissəsidir”. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Uess Miçel bildirib.

Uess Miçel qeyd edib ki, Türkiyənin, xüsusən ABŞ-ın diplomatik missiyalarında işə cəlb olunan yerli əməkdaşlarla bağlı son vaxtlar müşahidə olunan davranışı onları çox narahat edir: “Biz Türkiyə ilə müttəfiq kimi çalışmaqda davam edirik. Amma bir çox sahələr üzrə narahatlığımız qalmaqdadır".

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan dünən Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarında “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələnin həll edəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed