Şrift:
İlhan Aşkın: ”Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsində İranın böyük rolu var”
11.06.2012 [12:43] - Gündəm
İran hər zaman Ermənistanın yanında yer alıb, bundan sonra da yer alacaq.Bu sözləri Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı, tanınmış diaspor fəalı İlhan Aşkın İranın Azərbaycana qarşı son davranışlarını sərh edərkən bildirib.“İranın Azərbaycana qarşı apardığı oyunlar Hollandiyadan daha aydın və iyrənc görünür. Bizim dərnəyimiz İranın bu iyrənc siyasətini pisləyirik və rejimin Azərbaycanın üzərindən əl çəkməsini tələb edirik. Üstəlik, İranın Ermənistanı dəstəkləmək siyasətini bir müsəlman olaraq lənətləyirik. Bu gün İranın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı çatmır”,-deyə dərnək sədri qeyd edib.İlhan Aşkın onu da əlavə edib ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsində İranın böyük rolu var.“İran açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini pisləmir və xala xətrin olsun deyə Qarabağla bağlı açıqlamar verir. Konkret olaraq isə, İrandan heç bir praqmatik addımlar görmürük”-deyə, İlhan Aşkın bildirib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed