Şrift:
İranda daha 6 nəfər edam edilib
11.06.2012 [12:48] - Güney Azərbaycan xəbərləri
İranın paytaxtı Tehran şəhərində 6 nəfər edam edilib.Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən Mehdi Gövhəri (44 yaş), Məcid Gövhəri (41 yaş), Rza Fəxri Raini (30 yaş), Sadiq Yusififərd (35 yaş), Məhəmməd Rəsulpur (40 yaş) və Səid Moini (36 yaş) Kərəc şəhərinin Qızılhisar həbsxanasının məhbusları olub. Məhkəmənin ölüm hökmü çıxardığı 6 nəfər edam edilmək üçün Tehranın Evin həbsxanasına köçürülüb. Onlar 2 həftə təkadamlıq kamerada saxlanıldıqdan sonra elə həbsxanada asılaraq edam ediliblər.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed