Şrift:
Qazaxıstanda Müstəqillik Günü qeyd edilir
16.12.2017 [10:54] - Xəbərlər, Türk dünyası-Turan
Dekabrın 16-da Qazaxıstanda Müstəqillik Günü qeyd edilir.

Astanada Qazaxıstanın dövlət müstəqilliyinin 26-cı ildönümü münasibətilə təntənəli iclas keçirilib.

Müstəqillik Günü münasibətilə ölkə vətəndaşlarını təbrik edən Prezident Nursultan Nazarbayev bildirib ki, 1991-ci il dekabrın 16-da keçmiş SSRİ dövlətlərindən sonuncu olaraq Qazaxıstan öz müstəqilliyini elan edib. Qazaxıstan müstəqillik əldə etdikdən sonra siyasi və iqtisadi sahədə böyük uğurlara nail olub, Mərkəzi Asiyanın aparıcı dövlətlərindən birinə çevrilib.

Dövlət başçısı bu yaxınlarda 20 illiyini qeyd edən Astana şəhərinin Avrasiyanın yeni möcüzəsi adlandırıldığını, ideyaların birləşdiyi məkana, iqtisadi, mədəni mərkəzə çevrildiyini bildirib.

Tədbirdə Müstəqillik Günü münasibətilə Qazaxıstanın inkişafına töhfə verən dövlət xadimlərinə orden və mükafatlar təqdim olunub.

Qazaxıstanın hər yerində Müstəqillik Günü təntənəli şəkildə qeyd edilir.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed