Şrift:
“Sepah”ın daha 2 muzdlusunun cənazəsi ölkəyə gətirilib
16.12.2017 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın daha 2 əfqanlı muzdlusu, Əli Nəqəvi və Hüseyn Yavəri Suriya savaşında həlak olub.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları, bir neçə gün əvvəl bu ölkənin müxtəlif bölgələrində müxalif qüvvələrə qarşı keçirilmiş hərbi əməliyyatlarda öldürülüb. Cənazələri ölkəyə gətirilən hər iki “Sepah”çı, dekabrın 15-də İranın Əlbürz əyalətinin “Məhəmmədşəhr” şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, İran Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed