Şrift:
Məktəblilərə siqaret satılır
18.12.2017 [10:33] - Sosial
Belində məktəbli çantası olan iki az yaşlı tütün məmulatları satılan köşkə yaxınlaşır. Satıcı ilə biraz söhbət etdikdən sonra bir neçə siqaret paketi arasından özlərinə birini seçirlər. Görüntülər paytaxtın Xətai rayonu Vunqtau küçəsində lentə alınıb.

Görüntüləri vətəndaşlardan biri çəkib. Sözügedən köşkü axtarıb tapdıq. Satıcı isə videodakı görüntülərlə razılaşmır.

Müxtəlif bəhanələr gətirən satıcı hətta görüntülərdəki ünvanın başqa yer olduğuna inandırmağa çalışsa da, sonradan özü də görüntülərin orda çəkildiyini etiraf edib.

Satıcı özü də zərərli vərdiş olan siqaretin azyaşlılara satılmasını pisləsə də, videodakı şəxsin başqa satıcı olduğunu deyərək boynundan atmağa çalışdı. İddia etdiyi siqaret paketi ölçüsündə saqqıza isə onun köşkündə rastlamadıq.

İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manata qədər cərimə gözləyir.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed