Şrift:
Ruhani Fələstin liderini İrana dəvət etdi
18.12.2017 [10:46] - Siyasət
İran prezidenti Həsən Ruhani Fələstin lideri Mahmud Abbası ölkəsinə dəvət edib.
Bu barədə Mahmud Abbasın köməkçilərindən biri məlumat verib.
M.Abbasın iranlı həmkarının Qüdsün statusuna dair qərarları müzakirə etmək üçün göndərdiyi dəvəti qəbul-edib etmədiyi isə açıqlanmayıb.
Fələstin lideri bu dəvəti Qətər səfərində alıb. O, Qətərə də ABŞ-ın Qüds şəhərinin statusu məsələsinin müzakirə etmək üçün səfər edib.
Qeyd edək ki, Şərqi Qüdsü 1967-ci ildə işğal edən İsrail 1980-ci ildə təktərəfli olaraq şəhərin şərq və qərb hissələrini bütövləşmiş elan etmişdi. BMT-nın qərarları çərçivəsində ABŞ da daxil olmaqla, beynəlxalq ictimaiyyət Şərqi Qüdsün işğal altında olduğunu tanıyıb. Hazırda ABŞ-dan başqa heç bir ölkə Qüdsü və ya onun iki ayrı hissəsini paytaxt kimi tanımır.
Zümrüd
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed