Şrift:
Təbrizdə keçirilən “21 Azər Hərəkatı”nın ildönümü mərasimindən GÖRÜNTÜLƏR
18.12.2017 [10:52] - Güney Azərbaycan xəbərləri
Xəbər verdiyimiz kimi, dekabrın 12-i 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin 72-ci ildönümüdür. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

Məlumata görə, bir qrup azərbaycanlı fəal dekabrın 15-də Təbrizdə bir araya gələrək Milli Hökümətin quruluşunun 72-ci ildönümü münasibəti ilə mərasim keçiriblər.

Tanınmış fəalların çıxışları ilə keçən mərasimdə azərbaycanlı siyasi məhbuslar ehtiramla yad edilib, mərasim iştirakçıları arasında türkcə kitablar paylanılıb.
Fəallar çıxışları zamanı “21 Azər Hərəkatı”, Seyid Cəfər Pişəvərinin sözləri, Milli Hökumət zamanı görülən işlər və s. kimi məsələlərə toxunublar.

Mərasimdə həmçinin türk dilində yazılmış bir neçə banner asılıb, türkcə şeirlər oxunub və milli marş səsləndirilib.

Azərbaycan musiqisinin ifası və milli rəqslərin uşaqlar tərəfindən nümayiş etdirilməsi mərasimin digər proqramlarından olub.
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed