Şrift:
“Sepah”ın daha 1 döyüşçüsünün cənazəsi İrana gətirilib
18.12.2017 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın daha 1 döyüşçüsü, Kərim Pərhizqar Suriyada gedən döyüşlərdə öldürülüb.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Cəhrom şəhərindən Suriyaya göndərilmiş “Sepah”çı, dekabrın 15-də bu ölkənin Əbu Kəmal bölgəsində müxalif qüvvələrə qarşı keçirilmiş hərbi əməliyyatda öldürülüb. Yayılan məlumatlara görə, muzdlu “Sepah”çının cənazəsi dekabrın 16-da ölkyə gətirilib. Onun yaxın günlərdə doğma şəhəri Cəhromda torpağa tapşırılacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed