Şrift:
Təbriz və Urmiyə şəhərlərində “26 Azər” Günü münasibəti türkcə kitablar paylanılıb
18.12.2017 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
71 il əvvəl Milli Hökumət süqut etdikdən sonra pəhləvi ordusu Güney Azərbaycanı işğal edərək minlərlə insanı qətliam etdikdən sonra tarixin ən böyük mədəni soyqırımlarının birini həyata keçirib.

1946-cı il dekabrın 17-i, “26 Azər” və ya “kitabların yandırılması və mədəni soyqırım” adı ilə tarixə düşüb. Məhz bu günün 71-ci ildönümündə təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq Təbriz və Urmiyə şəhərlərində yerli əhali arasında türkcə kitablar paylanılıb.

Təbrizdə türk dilində olan kitabların əksəriyyəti Saat Meydanında yandırıldığı üçün, fəallar məhz bu tarixi yerdən kitab paylamağa başlayıblar. Onlar ətraf xiyabanlara yayılaraq uşaqlara ana dilində yüzlərcə hikayə kitabları hədiyyə ediblər.
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed