Şrift:
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi MHA-nın tabeliyindən çıxarılıb
21.12.2017 [10:37] - Hüquq
Nazirlər Kabineti Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Müəllif Hüquqları Agentliyinin tabeliyindən çıxarıb.
Qurumun qərarına görə, “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 6 yanvar tarixli 1 nömrəli qərarı ləğv edilib.
Nazirlər Kabineti, həmçinin “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 10 sentyabr tarixli 488 nömrəli qərarını və “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarının 1-ci hissəsi ləğv edib.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed