Şrift:
Azərbaycan Cümhuriyyətinin baş naziri haqqında yeni kitab çapdan çıxdı
21.12.2017 [10:38] - Gündəm
“Alatoran” nəşriyyatı türkiyəli tədqiqatçı İbrahim Süslu tərəfindən yazılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Nəsib bəy Yusifbəylinin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Azərbaycan siyasi tarixində Nəsib bəy Yusifbəyli” adlı kitabı çap edib.

Kitab Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə çap olunub. Kitabı Türkiyə türkcəsindən dilimizə gənc tədqiqatçı Odər Əlizadə uyğunlaşdırıb.

Azərbaycan Cümhuriyyətinin baş naziri olan Nəsib bəy Ysuifbəylinin bütün həyat hekayəsinin tarixi faktlar əsasında şərh edildiyi əsərdə olduqca maraqlı və qiymətli məlumatlar cəmləşib. Oxucular bu əsərdə, sadəcə N.Yusifbəylinin deyil, onunla yanaşı, dövrün bir çox siyasi liderinin fəaliyyətləri, məfkurələri və həyatı haqqında qiymətli məlumatlar ala biləcəklər. Xüsusilə də, N.Yusifbəyli ilə Nəriman Nərimanov arasındakı münasibətlər olduqca maraqlı faktlarla işıqlandırılıb.

Əsərin nəşrini gerçəkləşdirən “Alatoran” nəşriyyatının sahibi Rasim Qaraca Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə belə bir nəşrə imza atdıqları üçün qürur duyduğunu ifadə edib.

E. Nihad
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed