Şrift:
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası sədri, millət vəkili FƏRƏC QULİYEVİN 55 yaşı tamam olur.
22.12.2017 [11:28] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
O, həkim…O, döyüşçü…O, Müstəqillik Aktını hazırlayan müəllif…O, idman ustası…O, MDHP başqanı…O, istiqlalçı, siqnator millət vəkili Fərəc Quliyevdir.

Bu insandan kifayət qədər ürək açıqlığı ilə danışa bilərik. Çünki dediklərimiz həqiqətdir, faktdır, hətta ki, tarixdir. Bunların heç biri tərif deyil. Bütün dediklərimiz isbata ehtiyacı olmayan aksiomadır. Gələcəyə inamla baxır, onun uğurlarının davamını gözləyirik.
Fərəc Quliyev indi həyatının 55-ci ilindədir. Yarıməsrlik həyatında peşmançılıq duyduğu gün yoxdur. Dilinin kaşkilərlə sarılı olmaması, onun keçmişini göstərdiyi kimi, gələciyini də görməyə əsas verir.

Fərəc bəy, həyatınızı həmişə Türkelində Mətin və Nikbin yaşamanızı arzulayırıq.
Bir bütöv şəxsiyyətə nə arzulamaq olar?- ideyalarının gerçəkləşməsini.
İnşAllah sizi Bütöv Azərbaycanda Bütöv şəxsiyyət kimi görmək arzusu və diləyi ilə neçə-neçə gözəl illərə, yaşlara…Həmişə hər gününüz, hər ayınız, hər iliniz bir öncəkindən daha gözəl keçsin. Çox arxayınlıqla deyə bilərik ki, Allah ürəyinizin gözəlliyinə görə versin. Bunu insanın üzünə yansıyan simadan bilmək olur. Hər kəs fərddir, lakin hər kəs şəxsiyyət ola bilmir. Siz əsl şəxsiyyətsiniz.
Doğum gününüz mübarək,bəy! Nə yaxşı ki, xalqımızın sizin kimi övladı var…


MDHP Mərkəzi Aparatı, "mdhp.az" saytı və "davam.az" saytının kolllektivi
Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed