Şrift:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Meksikada da qeyd edilib
29.12.2017 [10:35] - Diaspor
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ölkəmizin Meksikadakı səfirliyində də qeyd olunub.

Azərbaycan icmasının üzvlərinin iştirak etdikləri tədbirdə müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək 1991-ci ildə bütün azərbaycanlılar üçün əziz olan bu günün ümummilli lideri Heydər Əliyev tərəfindən elan ediləndən sonra hər il dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu, həmvətənlərimiz üçün birlik rəmzinə çevrildiyini deyib. O, Azərbaycan haqqında, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə həqiqətləri dünyaya çatdırmaqda xaricdəki diaspor təşkilatlarımızın üzərinə böyük vəzifənin düşdüyünü qeyd edib. Diplomat Azərbaycan rəhbərliyinin müdrik və ardıcıl siyasəti nəticəsində ölkəmizin gündən-günə qüdrətləndiyini, beynəlxalq arenada nüfuzunun artdığını qeyd edərək bunun xaricdə yaşayan həmvətənlərimiz üçün qürur mənbəyi olduğunu deyib.

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, Əməkdar Elm Xadimi, professor Natiq Atakişiyev dünyada Azərbaycan diasporunun inkişaf etdiyini və daha da fəallaşdığını qeyd edib. O, bunun, ilk növbədə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu bildirib.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed