Şrift:
“Sepah”ın daha 3 döyüşçüsünün cənazəsi İrana gətirilib
29.12.2017 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 3 döyüşçüsünün cənazəsi İrana gətirilib.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş “Sepah”ın “Fatimiyyun” briqadasının üzvləri, Məhəmməd Hüseynzadə, Xudadad Hüseyni və Mehdi Xoşamədi, son günlər bu ölkənin müxtəlif bölgələrində baş vermiş qarşıdurmalarda öldürülüb. Onların Suriyanın konkret hansı məntəqələrində öldürüldüyü açıqlanmayıb.
Cənazələri ölkəyə gətirilmiş “Sepah”çıların dekabrın 29-da İranın Vəramin, Çahardangə və Məşhəd şəhərlərində torpağa tapşırılacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed