Şrift:
Moldova BMT-də Qarabağ problemini qaldıracaq
05.01.2018 [10:38] - Gündəm, Siyasət
Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi "GUAM məkanındakı uzunsürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə" birgə qətnaməsini BMT-nin Baş Assambleyasının növbəti iclasında irəli sürəcək.

Bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2018-ci il üçün ölkənin GUAM sədrliyi ilə bağlı bəyanatında bildirib.

Bəyanatda deyilir ki, həmçinin Moldova GUAM Azad Ticarət Zonasının fəaliyyətini təmin etməyə və təşkilatın investisiyaya açıq bir platformaya çevrilməsinə çalışacaq.

İqtisadi prioritetlər çərçivəsində, Moldova iqtisadiyyat, nəqliyyat, energetika, enerji təhlükəsizliyi, turizm sahələrində GUAM-ın sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üzrə Fəaliyyət Planı əsasında əsas sahələr üzrə qarşılıqlı əlaqələri aktivləşdirməyə, GUAM-ın nəqliyyat və tranzit potensialını artırmağa, habelə GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyasını həyata keçirmək üzrə müvafiq Fəaliyyət Planını hazırlamağa çalışacaq.

Moldova həmçinin GUAM + formatında, xüsusilə də Avropa İtifaqı və ATƏT ilə beynəlxalq əməkdaşlığı gücləndirmək və genişləndirmək, "ənənəvi" tərəfdaşlar - ABŞ, Yaponiya və Vişeqrad qrupu ilə konstruktiv dialoqun təşviqini davam etdirəcək.

GUAM da sədrlik Moldovaya yanvarın 1-dən keçib.

Qeyd edək ki, Dağlıq Qarabağ problemi GUAM məkanındakı münaqişələr sırasındadır.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed