Şrift:
Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan viktorinanın qalibləri mükafatlandırılıb
06.01.2018 [11:15] - Gündəm, Gənclik
Naxçıvan Dövlət Texniki Kollecində “Oxunması zəruri olan kitabların siyahısı”ndan 15 kitaba həsr olunmuş viktorinanın yarımfinal və final mərhələləri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kollecin direktoru Asəf Ruşanov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətindən danışıb.

Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu və kollecin müəllimi Çinarə Əliyeva çıxış ediblər. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu baxımdan oxunması zəruri olan kitablar haqqında imzalanan sərəncam zamanında atılmış addımdır. Bu dövlət sənədi gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir göstərir.

Çıxışlardan sonra viktorinanın yarımfinal və final mərhələləri keçirilib. Yarımfinal mərhələsində iştirak edən 60 tələbə finala çıxmaq üçün 12 qrupda mübarizə aparıb. Dörd qrupda 20 tələbə yüksək nəticə qazanaraq adlarını finala yazdırıb. Finalda bu komandalar müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed