Şrift:
Macarıstanın baş naziri müsəlman miqrantları "işğalçı" adlandırıb
08.01.2018 [10:17] - Siyasət
Macarıstanın baş naziri Viktor Orban Avropaya gələn qaçqınları "müsəlman işğalçılar" adlandırıb və bildirib ki, ölkəsi gələcəkdə miqrant qəbul etmək niyyətində deyil.
Bunu o, "Welt" nəşrinə müsahibəsində deyib.
Macar hökumət başçısının fikrincə, müsəlman əhalisinin axını dövlət daxilində "paralel cəmiyyətlər"in yaranmasına gətirib çıxaracaq.
"Biz bu insanları müsəlman qaçqınlar hesab etmirik. Biz onlara müsəlman işğalçılar gözü ilə baxırıq", — deyə Orban bildirib.
O, həmçinin aparıcı Avropa dövlətləri liderlərini Macarıstana hörmətlə yanaşmağa çağırıb. Baş nazirin sözlərinə görə, bir çox Avropa İttifaqı ölkələri macar hökumətini Aİ-nin Birlik Fondundan vəsait almaqda, lakin qaçqın qəbulundan imtina etməkdə günahlandırır. Lakin Orban qeyd edib ki, bu qurumdan Macarıstana ayrılan vəsait heç bir halda qaçqın məsələsi ilə bağlı deyil, "ədalətli balans"ın olması ilə əlaqədardır, çünki Macarıstan tərəfi öz bazarını azad rəqabət üçün açıb.
Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed