Şrift:
Azərbaycan millisinə namizəd futbolçu klubundan ayrılıb
08.01.2018 [10:21] - İdman
Azərbaycanlı futbolçu Ayaz Quliyev “Anji”dən ayrılıb. Bu barədə klub rəsmi açıqlama verib.

Bildirilib ki, transfer hüququ “Spartak”a məxsus olan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında son verilib. 21 yaşlı futbolçu son iki mövsümü Dağıstan klubunun heyətində keçirib. O, 2016/17 və 2017/18 mövsümündə ümumilikdə 22 matçda meydana çıxıb və 1 qola imza atıb.

Qeyd edək ki, Ayaz Quliyev milli komandamıza namizəd futbolçulardan biridir. Yığmamızın baş məşqçisi Qurban Qurbanov onun yaxşı çıxış edəcəyi halda, milliyə çağrıla biləcəyini demişdi.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed