Şrift:
İordaniyada İŞİD-in 17 terrorçusu həbs edilib
09.01.2018 [09:12] - Gündəm, Hüquq
İordaniyanın xüsusi xidmət orqanlari İŞİD-in planlaşdırdığı genişmiqyaslı terror hücumunun qarşısını alıb.

İordaniyanın rəsmi xəbər agentliyi PETRA xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının 17 üzvü həbs edilib. Terror hücumlarının hədəfi polis idarələri, hərbi və ticarət obyektləri olub.

Həbs edilənlərin ictimai-siyasi sabitliyi pozmaq məqsədilə 2017-ci ilin noyabrında da bir neçə terror aktı törətməyi planlaşdırdıqları məlum olub.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed