Şrift:
Əlil olmuş şəxslər və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub
11.01.2018 [10:35] - Gündəm, Sosial
"İl ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir".
Bunu Nazirlər Kabinetinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
"Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib", - deyə nazir əlavə edib.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed