Şrift:
Özbəkistan Prezidenti adından Əfqanıstana avtobus və digər texnikalar hədiyyə edilib
12.01.2018 [09:45] - Gündəm, Türk dünyası-Turan
Yanvarın 11-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından Əfqanıstana hədiyyə edilmiş 25 ədəd avtobusun, 3 ədəd traktorun və digər texnikaların təqdimat mərasimi keçirilib.

Əfqanıstan tərəfi hədiyyəyə görə Özbəkistan Prezidentinə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, avtobuslar əfqan şagirdlərinin məktəbə aparılıb-gətirilməsi üçün istifadə olunacaq.

Vurğulanıb ki, bundan başqa, Özbəkistanın Prezidentinin tapşırığına əsasən Əfqanıstanla sərhəddə yerləşən Surxandərya vilayətində bu ölkənin məktəbliləri üçün Xüsusi Təhsil Mərkəzi yaradılıb. Yanvarın 20-də həmin mərkəzdə təhsil almaq üçün 100 əfqan şagird qəbul ediləcək.

Əfqanıstan tərəfi, həmçinin bu ölkəyə verdiyi elektrik enerjisinin qiymətini aşağı saldığına görə də Özbəkistana minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed