Şrift:
ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəyik"
12.01.2018 [10:09] - Xəbərlər, Siyasət
İtaliyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.
Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib.
"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.
O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.
A.Alfanonun sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyinin daha bir prioriteti Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed