Şrift:
Əhməd bəy Ağaoğlunun nəvəsi İstanbulda dəfn olunub
12.01.2018 [10:12] - Gündəm, Diaspor
Türk dünyası və Azərbaycanın məşhur ideoloqlarından biri olan Əhməd bəy Ağaoğlunun nəvəsi, yazıçı və tərçüməçi Tektaş Ağaoğlu bu gün İstanbulda dəfn olunub.
Dəfindən əvvəl mərhumla vida mərasimi keçirilib.
Mərasimdə T.Ağaoğlunun ailə üzvləri, yaxınları, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə Böyük Millət Məclisinin deputatları və ziyalılar iştirak edib.
Mərhumun cənazəsinin üzərinə onun vəsiyyəti ilə qırmızı parça çəkilib. Yazıçının oğlu Əhməd Ağaoğlu atasının və ailəsinin hər zaman Azərbaycana bağlı olduğunu bildirib: “Biz azərbaycanlıyıq, hələ də içimizdə 100 ilin həsrəti var. Atam önəmli qələm sahiblərindən biri idi. Onun vəfatı həm Türkiyə, həm də Azərbaycan üçün ağır itkidir”.
Vida mərasimindən sonra cənazə namazı qılınıb. T.Ağaoğlu Feriköydə ailə qəbirstanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, T.Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. O, Oxsford Universitetinin Hüquq fakültəsini bitirib. Türkiyədə bir sıra qəzet və jurnallarda, o cümlədən “Ant”, “Cumhuriyet” və “Yeni Ortam” da siyasət və fəlsəfəyə dair yazılarla çıxış edib.
T.Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı “Amerkan” Xəstəxanasında dünyasını dəyişib.
Vüsalə Abbasova
Bu xəbər oxucular tərəfindən 11 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed