Şrift:
Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub
12.01.2018 [10:13] - İdman
Azərbaycan Cüdo Federasiyasının (ACF) Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub.
Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
Masallı rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Cənub bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.
Bu xəbər oxucular tərəfindən 8 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed