Şrift:
Keçən il 19 dini icmanın dövlət qeydiyyatı ləğv olunub
12.01.2018 [10:13] - İslam dini
Keçən il Azərbaycanda dövlət qeydiyyatına alınan 22 dini icmanın ləğv edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilib.

Sorğunun cavabında qeyd olunub ki, bu müddət ərzində19 dini qurumun ləğv edilməsi barədə məlumat dini qurumların dövlət reyestrinə daxil edilib, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri- islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. 2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Bu xəbər oxucular tərəfindən 7 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed