Şrift:
ATƏT ABŞ-ı Quantanamo həbsxanasını bağlamağa çağırıb
12.01.2018 [10:17] - Hüquq
Quantanamo xüsusi həbsxanasında dustaqlara qarşı qeyri-insan münasibət müəssisənin bağlanması üçün səbəbdir.
Bu barədə ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun direktoru İnqibyorqi Solrun Qisladottirin bəyanatında qeyd olunub.
Onun türmənin yaranmasının 16-cı ildönümü münasibəti ilə yaydığı bəyanatda deyilir ki, həbsxanada müddətsiz saxlanılma, ləyaqəti alçaldan cəzadır.
O bildirib ki, əvvəlki sui-istifadə halları, məsələn, işgəncə və ədalətli məhkəmə çəkişməsi hüququna riayət edilməməsinə görə, davamlı cəzasızlıq, terrorçuluqla mübarizəyə yönəlmiş dəyərlərə ziddir.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed